​3 DƏFƏ ALINMADI: Tatlısəs 4-cü cəhdə hazırlaşır

Baxış sayı:
6181

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs millət vəkili olmağa hazırlaşır.
Kult.az xəbər verir ki, Türkiyə mediası Tatlısəsin AKP-nin millət vəkilliyinə namizəd olmaq üçün hazırlıqlara başladığını yazıb.
Səhhətindəki problemlərə görə Şanlurfadan İzmirə köçən müğənni bu dəfə də bəxtini həmin şəhərdə sınamağa qərar verib.
Qeyd edək ki, İbrahim Tatlısəs bundan əvvəl üç dəfə doğulduğu Şanlıurfa şəhərindən millət vəkilliyinə namizəd olub.