25 min Yəhudi böyük təxribata hazırlaşır

Baxış sayı:
10777

Yəhudilər bayramı ayinləri üçün bu gün və sabah İbrahim Əl-Xəlil Məscidinə böyük kütlələrlə basqın etməyə hazırlaşdığı bildirilib. İsrail mətbuatı 25 min Yəhudinin ayinlərə qatılacağını xəbər verib.
 
Xəbərə görə, sionistlər bu gün və sabah Əl-Xəlil şəhərindəki İbrahim Əl-Xəlil Məscidində keçiriləcək “Pesah/hamursuz” bayramı ayinləri üçün böyük bir təxribata imza atmağa hazırlaşır.
İsrail media orqanları, İsrail ordusu və "Sərhədçi" qüvvələrinin təxminən 25 min Yəhudi məskunlaşanların Əl-Xəlil şəhərinə basqın həyata keçirməsi üçün apardığı hazırlıqları tamamladığını bildirib. Xəbərdə, Yəhudi məskun əhalinin həmçinin İbrahim Əl-Xəlil Məscidində ibadətdən sonra Əl-Xəlil şəhərindəki tarixi məkanları ziyarət edəcəkləri ifadə edilib. Xəbərdə həmçinin, İsrail ordusunun bayram bitənə qədər Qərb Yaxanın bütün bölgələrində bir həftə müddətlə sıx təhlükəsizlik tədbirləri tətbiq edəcəyini də qeyd edib.
 
Qüdsdən sonra Əl-Xəlil şəhəri gəlir
 
Qüdsün cənubunda yerləşən 120 min Fələstinlinin yaşadığı Əl-Xəlil bir çox baxımdan böyük əhəmiyyət kəsb edir. Qüdsdən sonra Yəhudiləşdirmə fəaliyyətlərinin ən sıx görüldüyü bölgə olan Əl Xəlil, İsrail Oğullarının ata peyğəmbərlərinə və xanımlarına aid qəbirlərin olması səbəbiylə də Yəhudilər dini baxımdan Qüdsdən sonra ikinci mühüm şəhər olaraq qəbul edirlər.
 
1994-də məsciddə qırğın törətmişdilər
 
 Məlum olduğu kimi, 25 fevral 1994-də Amerikalı bir Yəhudi Əl Xəlil şəhərindəki İbrahim Əl-Xəlil Məscidində sübh namazı qılan Müsəlmanları gülləyərək 48 nəfəri şəhid etmişdi. Qətliamdan sonra 9 ay ərzində təmir səbəbilə qapalı saxlanılan məscid, təkrar açıldıqda Məscidin üçdə ikisi Sinaqoq olacaq şəkildə təşkil edilmişdi. Bununla yanaşı, Müsəlmanlara aid hissədə namaz qılanların sayına məhdudiyyət qoyulmuş və əsgərlərin izləməsi üçün Məscidin müxtəlif yerlərinə gizli kameralar yerləşdirilmişdi.
Müxalifət.az