​25 ilin ən güclü qasırğası DƏHŞƏT YAŞADIR – Hava limanı su altında qaldı...

Baxış sayı:
3823

Yaponiyada son 25 ilin ən güclü qasırğası hesab olunan "Cebi" fəsadlar törətməkdə davam edir.
Muxalifet.az xəbər verir ki, Osaka şəhərinin beynəlxalq hava limanı su altında qalıb.
Qeyd olunur ki, hava limanının uçuş-eniş zolağı, eləcə də dayanacağı yararsız hala düşüb.
Hadisə ilə əlaqədar 700-dən çox aviareys təxirə salınıb.
Bundan başqa, "Toyota" avtomobil şirkəti ölkə boyunca 14 zavodda gecə növbəsində işləri dayandırıb.