24 saatlıq möhlət başa çatdı! Gərginlik artır

Baxış sayı:
2053

 İraqın mərkəzi hökumətinə bağlı Terrorla Mübarizə Polis Qüvvələrinin İraq Kürd Regional Rəhbərliyinin (IKBY) bayraqlarının endirilməsi üçün dünən verdiyi 24 saatlıq müddət dolsa da, Kürdüstan Vətənpərvərlər İttifaqı (KYB) bayraqları endirməkdən imtina edir.
 
KYB onlara verilən möhlət başa çatdıqdan sonra yazılı açıqlama yayıb.
Açıqlamada, İKBY bayrağının Kərkükdə asılması böhranının İraq Federal Məhkəməsinə göndərildiyini qeyd edilərək, "Məhkəmə qərarı olmadan heç bir həlli qəbul etmirik" deyə bildirilib.
Kərkükdə KYB-nin partiya və təşkilat binası olmaqla, iki binada İKBY bayraqlarının asılı qalacağı ifadə edilən açıqlamada, şəhərdəki hər hansı bir yerə bayraq asılmasının məsuliyyətinin də KYB-də olmayacağı qeyd edilib.
 
 KYB-ni PARTİYA BİNALARINA BAYRAQ ASMASI
 
Qeyd edək ki, mərkəzi Süleymaniyyədə yerləşən KYB 9 yanvarda Kərkük şəhər mərkəzində yerləşən və bir ildən artıq müddətdə endirdiyi İKBY bayraqlarını yenidən asıb.
Bayraqların asıldığı görüntüləri sosial media hesablarından bölüşən KYB, Kərkükün mübahisəli bölgələr arasında yer aldığını və bayraq asma hüququnun olduğunuqeyd etmişdi.
Bu hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri küçə və prospektlərə asılan İKBY bayraqlarını endirərkən, partiya binasına asılanlara isə toxunmayıb.
Müxalifət.az