​23 yaşlı Tünzaləyə 16 il cəza verildi - qolunu sındıran ərini öldürmüşdü

Baxış sayı:
10063

Ərini öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə ittiham edilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən T.Ağayeva 16 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi bu il Bakının Sabunçu rayonunda baş verib. Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. İlkin məlumatda onun hadisəni özünü müdafiə edərkən törətdiyini deyilir.
İki azyaşlı körpə anası olan Tünzalə Vəliyeva ilk açıqlamasında ərinin onu hər gün döydüyünü bildirib. Ərinin günəmuz əməklə məşğul olduğunu, evə çox vaxt içkili gəlməsindən bezdiyini deyən Tünzalə onu öldürməyi əvvəlcədən planlaşdırmadığını deyib.
"Məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".
Tünzalə Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.
Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb./Musavat