​22 yaşlı qız itkin düşdü

Baxış sayı:
4408

Qazax rayonu, II Şıxlı kənd sakini 1997-ci il təvəllüdlü Nərmin Həsənova itkin düşüb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun anası Vəsilə Zülfüqarova polisə müraciət edib.
O bildirib ki, qızı mayın 6-da evdən çıxıb və geri qayıtmayıb. N.Həsənovanın axtarılması istiqamətində Qazax Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.