22 yaşlı gənc intihara cəhd etdi - CƏNGƏLİ QARNINA SOXUB

Zaqatalada 22 yaşlı gənc özünə xəsarət yetirib.
 
Zaqatala Mərkəzi rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün axşam saat 21 radələrində rayonun Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Elvin Akif oğlu Abdullayev qarın nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, 22 yaşlı Elvin Abdullayev hələ ki məlum olmayan səbəbdən çəngəl ilə özünə xəsarət yetirib. Hazırda MRX-da Elvin Abdullayevin müayinəsinin aparıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.