21 Ərəb ölkəsi toplandı: Gündəm İrandır

Baxış sayı:
8332

Səudiyyə Ərəbistanının Məkkə şəhərində təşkil edilən və 21 Ərəb ölkəsi liderinin qatıldığı fövqəladə zirvədə İranın bölgədəki müdaxilələri qınanıb.
 
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) fövqəladə zirvəsindən sonra təşkil edilən fövqəladə Ərəb zirvəsinin bağlanış bildirişində də İran vurğusu edilərkən, Ərəb dünyasının təməl məsələsi olan Fələstin məsələsi ikinci planda qalıb.
Bildirişdə, İran istehsalı ballistik raketlərin Yəməndən Səudiyyə Ərəbistanı torpaqlarına atılması, İranın Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) adalarını işğal etməsi (Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları), Suriya böhranına müdaxilə etməsi və torpaq bütünlüyünə təsir etməsi, Bəhreynin daxili işlərinə qarışması və oradakı terror təşkilatlarını dəstəkləməsi qınanıb. Bildirişdə, Fələstin mövzusunda isə əvvəlki Ərəb zirvəsində alınan qərarlara bağlılıq vurğusu edilib. Adətən bu cür vurğu edilərkən, 2002-də Livanın paytaxtı Beyrutdakı zirvədə qəbul edilən Ərəb Sülh Planına işarə edilir. Söz mövzusu plan Ərəb torpaqlarındakı İsrail işğalının sona çatmasını, 1967 sərhədlərində paytaxtı Şərq Qüds olan Fələstin dövlətinin qurulmasını, Fələstinli mühacirlər probleminin ədalətli bir şəkildə həll edilməsini və buna qarşılıq İsraillə normal əlaqələr qurulmasını nəzərdə tutur.
KƏŞ və Ərəb zirvələrindən sonra bu gün Məkkədə 14-çü İslam Əməkdaşlıq Təşkilatının adi zirvəsinin təşkil edilməsi planlanır.
Müxalifət.az