200 saylı məktəbdə etiraz aksiyası - BAKIDA

Bu gün səhə saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 200 nömrəli məktəb-liseydə valideynlər etiraz aksiyası keçirir.
 
Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb məktəb direktorunun işdən çıxarılmasıdır.
Aksiyada iştirak edən valideynlər deyiblər ki, 200 nömrəli məktəb-liseyin direktoru Qafar Hüseynov işdən çıxarılıb. Onlar sabiq direktorun işə qaytarılmasını istəyirlər.
“Hazırda məktəbdə təhsilin səviyyəsi çox aşağıdır. Biz Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təyin olunan direktordan narazıyıq. İstəmirik ki, o, bu məktəbə rəhbərlik etsin. Çünki burada neqativ hallar baş qaldıracaq”.
200 nömrəli məktəbdən isə əməkdaşımıza bildiriblər ki, Qafar Hüseynov işdən çıxarılmayıb. O, bülletendədir. Ayağında problem var. Digər suallara isə cavab verilməyib.