2 BƏƏ casusu İstanbulda yaxalandı!

Baxış sayı:
12832

 Türkiyədə yerləşən Birləşmiş Ərəb Əmirliklərinə bağlı 2 kəşfiyyat əməkdaşı casusluq ittihamı ilə saxlanılıb.
 
İstanbulda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün casusluq fəaliyyəti ilə məşğul olan iki kəşfiyyat əməkdaşı bazar ertəsi günü nəzarətə alınıb.
“Reuters”-in Türk rəsmilərinə əsaslanaraq yaydığı son dəqiqə xəbərinə görə, yaxalanan iki BƏƏ casusundan birinin Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı-nın qətli ilə əlaqəsi olub olmadığı araşdırılır.
Verilən son məlumata görə, nəzarətə alınan casusların BƏƏ adına casusluq etdiklərini etiraf etdikləri bildirilib.
Müxalifət.az