1967-ci ildə İsrail nüvə silahına malik idi - "QİYAMƏT GÜNÜ ƏMƏLİYYATI" NİYƏ BAŞ TUTMADI?

Baxış sayı:
5953

İvet Dinn

“Jerusalem Post”, 03.05.2019

1967-ci ildəki Altıgünlük müharibə dövründə İsrail Aşdod şəhərindən on mil uzaqlıqda atom silahının istehsalı üçün lazım olan plutonium başlığına sahib idi. Eli Geysler – bu zaman radioaktiv “paket”in qorunmasına məsul olan şəxs bu faktı təsdiqləyib.

“The Nonproliferation Review”-un məlumatına görə, Geysler Gedera şəhərində “idarə və təmir olunan otaqlar” kimi gizləndilmiş, “diqqət cəlb etməyən birmərtəbəli binada” fəaliyyət göstərən radiasiya təhlükəsizliyi xitmətinin zabiti olub.

Geysler nüvə silahının əsasını təşkil edən radioaktiv “paket”i bir çuxurda gizlədib.

“Səssizcə dua edirdim və bəşəriyyətin bu dəhşətli ixtirasının istifadə olunmamasını arzulayırdım. Cihazın istifadəsi ölkənin siyasi rəhbərliyi üçün “son çarə” ola bilərdi. Hökumətin siyasəti Yaxın Şərqdə nüvə silahını ilk tətbiq edən dövlət olmamaq idi və bu siyasi xətt indi də qüvvədə qalır. İsrail özündə nüvə silahının mövcudluğunu hələ də nə təsdiqləyir, nə də inkar edir”.

İsrailin Altıgünlük müharibə dövründə nüvə silahına malik və onu istifadə etməyə hazır olması iddiası ilk dəfə səslənmir.

1967-ci ildə “The New York Times” qəzetinin verdiyi məlumata görə, İsrail səlahiyyətliləri bir atom cihazını yığmağa və misirliləri və digər ərəb dövlətlərini xəbərdar etmək üçün onu Sina yarımadasında partlatmağa çalışıblar. İsrail müharibədə qalib gəldiyi üçün cihazın istifadəsi lazımlı hesab edilməyib.

Planın təşkilatçısı olan Yitzhak Yaakovun sözlərinə görə, o, “Qiyamət Günü əməliyyatı” adlandırılıb.

“Bu, təbii idi. Düşməniniz var və o, sizi dənizə tökəcəyini deyir. Ona inanmalısınız. Onu necə dayandırmaq olar? Siz onu qorxudursunuz. Qoltuğunuzun altında gizli bir şey varsa, onu qorxutmalısınız”.

İsrail tədqiqatçıları bu iddia ilə bağlı mübahisə edirlər.

Professor Avner Koen “Ynet”-ə bildirib ki, bu mümkün deyildi, çünki o zamanlar İsrailin nüvə imkanları yoxudu.

“İsrail və Bomba: İsrailin nüvə tarixi” kitabının müəllifi Koen deyib: “O, hadisələri öz şəxsi baxışından təsvir edir, amma bu, ümumi, obyektiv və tarixi həqiqətə tam uyğun gəlirmi?”

Altıgünlük müharibə dövrünün siyasətçisi və tarixçi olan Maykl Oren də Yaakovun açıqlamasına şübhə ilə yanaşır.

“Times of Israel” qəzetində Oren yazıb: “Ciddi tədqiqatçılar arasında bu qəbul edilə bilən bir şey deyil. Mən də Yitzhak Yaakovla görüşüb söhbət etmişəm, bu hekayət cəfənfiyatdır”.

İsrail hökuməti hazırda nüvə silahına malik olduğunu inkar etsə də, geniş şəkildə yayılmış rəyə görə, o mövcuddur.

Silahlı münaqişədə nüvə silahlarından yeganə istifadə 1945-ci ilin avqustunda Hiroşima və Naqasakidə baş verib və minlərlə insan öldürülüb.

Tərcümə: Strateq.az