19 yaşlı gənc damarını kəsib - BAKIDA

Yaralı qan itirərək xəstəxanaya yerləşdirilib
 
Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 19 yaşlı Əzimzadə Rəşid Feyzulla oğlu ailə münaqişəsi zəminində sol qol nahiyəsini ülgüclə bir neçə yerdən kəsərək özünə qəsd edib.
Qan itirən yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.