​181 sərnişinin öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu

Baxış sayı:
5248

İndoneziyanın “Lion Air” aviakompaniyasının qəzaya uğrayan “Boinq 737” təyyarəsinin sürət göstəricisində nasazlıq aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, təyyarənin həm qəza ilə nəticələnən, həm də əvvəlki uçuşları zamanı sürət göstəricisi düzgün işləməyib. İndoneziyanın nəqliyyatda təhlükəsizlik komitəsinin məlumatına əsasən, sürət göstəricisinin nasazlığı “qara qutu”nun oxunması zamanı müəyyənləşib. Komitə rəhbərinin sözlərinə görə, beləliklə, pilotlarda sürət və yüksəklik barədə məlumatlar yanlış olub.
Bununla yanaşı, qəzanın səbəbləri barədə rəsmi nəticə hələlik elan edilməyib.
Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boinq 737 MAX” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.