​18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Baxış sayı:
5572

Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb. 
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib.
Dünən xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib.
Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.