17 yaşlı oğlan çoxlu dərman içərək intihara cəhd edib

Bakıda 17 yaşlı oğlan intihara cəhd edib.
 
Paytaxtın Yasamal rayonu, A. Ağayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Faiq İslam oğlu Hacıyev intihar etmək məqsədi ilə çoxlu sayda müxtəlif dərman preparatları qəbul edib. O, dərhal ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib.
 Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
 Faktla bağlı araşdırma aparılır./apa