​17 terrorçu öldürülüdü - Əfqanıstanda “Taliban” və İŞİD FƏALLAŞIB

Baxış sayı:
1495

Əfqanıstanın şimalında xüsusi əməliyyat nəticəsində azı 17 “Taliban” silahlı məhv edilib.
Bu barədə “Sinxua” agentliyinə yerli polis nümayəndəsi Səid Sərvər Hüseyni bildirib.
Onun sözlərinə görə, yanvarın 12-də silahlıların sığınacağına edilən hücum zamanı azı 17 “Taliban” üzvü öldürülüb. Əməliyyat ölkənin Balx əyalətində keçirilib.
“Taliban” məlumatı hələ ki, şərh etməyib.
Qeyd edək ki, son aylar ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.