15 nəfərlik sui-qəsd heyəti: TƏK-TƏK MÜƏYYƏN OLUNDU

Baxış sayı:
4183

Səudiyyəli jurnalist Camal Qaşıqçının ortadan itməsi hadisəsinə qarışan 15 nəfərlik kəşfiyyat qrupu, Türkiyəyə daxil olarkən Atatürk Havalimanındaki görüntüləri əldə olunub.
 
Səudiyyə Ərəbistanı, oktyabrın 2-də İstanbuldakı Türk Baş Konsulluğuna girdikdən sonra itkin düşən Səudiyyə jurnalisti Camal Qaşıqçının oğurlanmasına cəlb edilmiş 15 sirli kəşfiyyat qrupunun şəxsiyyətləri açıqlanıb. İki nəfər Riyaddan ayrılaraq 2 oktyabrda Atatürk Havalımanına HZ SK1 və HZ SK2 quyruğu iki Gulfstream IV xüsusi jet ilə eniş edir:
 
1 - Meshal Saad M Albostani (1987-ci il təvəllüdlü)
2- Salah Məhəmməd Tubaiqi (1971-ci il təvəllüdlü)
3- Naif Hassan S. Alarifi (1986-cı il təvəllüdlü)
4- Məhəmməd Saad H. Alzahrani (1988-ci il təvəllüdlü)
5- Mansur Otman M. Abahüseyin (1972-ci il təvəllüdlü)
6- Xalid Aed G. Altaibi (1988-ci il təvəllüdlü)
7- Abdulaziz Muhammed M. Alhawsawi (1987-ci il təvəllüdlü)
8. Waleed Abdullah M. Alsehri (1980-ci il təvəllüdlü)
9- Turki Muşarraf M. Alşir (1982 doğulmuşdur)
10-Thaar Ghaleb T. Alharbi (1979-cu il təvəllüdlü)
11 - Maher Abdulaziz M. Mutreb (1971-ci il təvəllüdlü)
12-Fahad Şabib A. Albalawi (1985-ci il təvəllüdlü)
13-Badr Lafi M. Alotaibi (1973-cü il təvəllüdlü)
14 - Mustafa Məhəmməd M. Almadani (1961-ci il təvəllüdlü)
15-Saif Saad Q Alqahtani (1973-cü il təvəllüdlü)
 
 
 
ƏL YÜKLƏRİNDƏ CƏSƏD NƏZARƏTİ
 
Təhlükəsizliyə dair hesabatda bildirilir ki, təyyarədə olan şəxslər ümumi Aviasiya Terminalına daxil olduqda X-RAY cihazında olan baqajı yoxlanıblar. Təhlükəsizlik işçisinə parçalanmış cəsədin aparatda görülüb görülmədiyi soruşulduğunda, “cihazda hər şey göründüyü kimi, bədən hissəsi də mütləq şəkildə görülür” deyə cavab verib və belə bir təhlükəli yükün yoxlanışdan keçən insanların yüklərində aşkar edilmədiyi də bildirilib.
 
SON REPORTAJİ BBC-yə VERDİ
 
Camal Qaşıqçı konsulluğa getməmişdən 3 gün əvvəlki reportajda, "Tənqid edən jurnalistlər həbs olunur. Bunlar müxəlifət belə deyil. Bu insanlar qorxudulur" dediyi ortaya çıxıb. BBC-yə verdiyi müsahibədə Qaşıqçı, "Mən yalnız bir jurnalistəm, “Washington Post” mənə bir imkan verdi və fikirlərimi sərbəst yazıram, kaş bu fürsət mənə öz ölkəmdə verilsəydi" deyib.
Müxalifət.az