​15 gündə 17 erməni əsgəri öldü

Baxış sayı:
6112

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, dekabrın 15 günü ərzində düşmən ordusunun ölən və yaralananlar da daxil olmaqla 17 hərbçisini itirdiyi ortaya çıxır. Məlumatlardan məlum olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən düşmən ordusunun 7 hərbi qulluqçusu ölüb. Təhlükəsizlik qaydalarının pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 hərbçi ağır yaralanıb.
Ölən və yaralananların çoxu zabitlər və müqavilə əsasında xidmət edən hərbi qulluqçulardır.