11 körpə öldü, nazir istefa verdi

Baxış sayı:
2029

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.
 
Muxalifet.az-ın trend-ə istinadən məlumaıtna görə, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.
 
Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar olunub.
 
Hal-hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya ayradılıb.