104 Türk əsgərinin qatili YPG-nin 2-ci adamı oldu: ABŞ GENERALLARI İLƏ QOL-QOLA

Baxış sayı:
4417

Terror təşkilatı PKK-nın Suriya qolu YPG/SDG-nin hərbi əməliyyatlarının rəhbərliyinə ABŞ tərəfindən Çiya Kobani kod adlı Azad Simi gətirilib. Azad Simi-nin ABŞ-ın YPG ilə Deyrizor yaxınlığındakı İŞİD-çılara qarşı keçiriləcək hibrid əməliyyatlarını idarə edəcək. Simi-nin Deyrizorun şərqində yerləşən Suriya-İraq sərhədindəki Hajin şəhəri yaxınlarına getdiyi müəyyən olunub.
 
AMERİKALI GENERALLARLA EYNİ VERTOLYOTDA
 
Çiya Kobani kod adlı Azad Simi, ötən aprel ayında ABŞ Mərkəzi Qüvvələr (Centcom) Komandanı general Cozef Votelle görüşmüş və əl görüşərkən görüntülənmişdi. Simi, iyul ayında yenidən ortaya çıxdı. Bu dəfə Daşisa bölgəsinə gedən İŞİD ilə mübarizə koalisiyasının ən üst səviyyə Amerikalı komandanı general Pavel E. Funk ilə koalisiyanın xüsusi əməliyyatlar komandanı general-mayor Jamie Jarrardla birlikdə "Qara Şahin” kimi tanınan Blackhawk UH-60 tipi vertolyotla aparılan araşdırma səfərində iştirak edib.

“Vətən” qəzetinin xəbərinə görə, Azad Simi, həyata keçirdiyi terror aksiyaları səbəbilə Türkiyədə də axtarılır. 1992-ci ildə Suriyada terror təşkilatına qoşulan Kobani təvəllüdlü Simi, uzun müddət Şimali İraqda qalıb. Təhlükəsizlik qüvvələri 2007 ilə 2011 illəri arasında təşkilatın Hakkari zonası üzrə məsul şəxsi olduğu müəyyən edilib. Daha sonra isə Suriyaya keçib. Simi, daha əvvəl YPG-nin xüsusi qüvvələr üzrə rəhbəri kimi tanınırdı.
 
DAĞLICA VƏ AKTÜTÜN HÜCUMLARININ GÜNAHKARI
 
Simi-nin 2007-ci ildə 12 əsgərin şəhid edildiyi Dağlıca polis bölməsi, 2008-də 17 şəhidin olduğu Aktütün polis bölməsi və 2011-də Hakkarinin Kiçik Çuxur rayonunda 25 əsgərin şəhid edildiyi hücumları planlaşdıran və həyata keçirən şəxs olduğu bildirilir. Azad Simi, həmçinin sərhəd xəttində 12 məntəqəyə edilən 104 əsgərin şəhid olduğu hücumların əmrini verən şəxs olaraq Van, Hakkari və Şırnak Baş Prokurorluqları tərəfindən axtarılır.
Müxalifət.az