​“100 illiyimizlə bağlı mühüm planlarımız var”

Baxış sayı:
2217

AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edən Vikipediya təliminin iştirakçıları sistemli şəkildə məqalələr yaradırlar, yarımçıq qalmış məqalələri redaktə edib genişləndirirlər.
Bu sözləri Muxalifət.az-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk 15 yanvar - Beynəlxalq Vikipediyaçılar Günü ilə bağlı deyib. O, “Azərbaycanca vikipediya”da yayımlanan maraqlı məqalələrin müəlliflərini “təmənnasız vətənpərvərlər” adlandırıb:
“Qarşıda planlar çoxdur. “AXC-100”çərçivəsində tarixi şəxsiyyətlərimiz haqqında məqalələr müxtəlif dillərə tərcümə olunacaq. Xüsusilə, məqalələrin tərcüməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları təmənnasız dəstək verirlər. Bütün vikipediyaçıları bu gözəl gün münasibətilə təbrik edirəm. Vikipediyanın zənginləşdirilməsində göstərdikləri könüllü xidmətlərinin davamlı və faydalı olmasını diləyirəm”.