10 ölkədən Venesuela ordusuna qalmaqal çağırış

Baxış sayı:
11476

 Amerika qitəsində 14 ölkədən ibarət olan Lima Qrupunun 10 üzvü Venesuela ordusunu özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaidonu tanımağa çağırıb.
 
Qitədə "Venesueladakı böhrana sülh ilə həll etmək" iddiası ilə yaradılan Lima Qrupunun 10 üzvü: Argentina, Braziliya, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Peru, Çili və Kanadanın nümayəndələri Kanadanın paytaxtı Ottavada bir araya gələrək Venesueladakı prosesləri müzakirə edib.
Toplantıdan sonra edilən yazılı açıqlamada, "Lima Qrupu Venesuela Silahlı Qüvvələrinə baş komandan sifəti ilə müvəqqəti dövlət başçısına sadiqliyini bildirməyə dəvət edir" ifadələri yer alıb və ordudan eyni zamanda Venesuelaya "humanitar yardım" girişinə mane olmaması tələb olunub.
Müxtəlif beynəlxalq aktyorlar tərəfindən başlanılan müzakirə cəhdlərinin dövlət başçısı Nikolas Maduro tərəfindən manipulyasiya edildiyi irəli sürülən açıqlamada, buna görə bütün diplomatik cəhdlərin Xuan Guidonu və onun yol xəritəsini tərəf müqabil olaraq qəbul edilməsinin lazım olduğu bildirilib.
Ölkədəki "ağır humanitar durumdan" ehtiyat edildiyinə işarə edilən açıqlamada, bu problemlərin mənbəyi olaraq prezident Maduro hədəf göstərilib.
BMT və ona bağlı qurumlar ilə beynəlxalq ictimaiyyətə Venesuela xalqına humanitar yardım göstərilməsi üçün hazırlıqlı olmaq çağırışı edilən açıqlamada, baş verənlərin güc tətbiq etmədən, sülh yolu ilə diplomatik və siyasi yollarla həll edilməsinə olan dəstək təkrarlanıb.
Müxalifət.az