​10 maşınlıq kortejlə gəzən İCRA BAŞÇISI – Sakinlər Şahin Məmmədovdan niyə narazılıq edir?

Və yaxud Süleyman Mikayılov Azərbaycanın ən zəngin icra başçısıdır?

Baxış sayı:
7837

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, 10-16 dekabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “Ağcabədi başçısından donos yazan üçlük haqda sensasion iddialar”, “Ağcabədinin icra başçısı 10 maşınlıq kortejlə gəzir - Kənd sakinlərinin etirazına səbəb oldu VİDEO” başlıqlı 2 məqalənin 14 elektron KİV-də yayılması ilə Ağcabədi rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov tutur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Süleyman Mikayılovun “votçinası” – Daş karxanaları/Foto”, “Bakının ən zəngin icra başçısı kimdir?”, “Azərbaycanın ən zəngin icra başçısı kimdir?” başlıqlı 3 məqalənin 5 elektron KİV-də yayılması ilə Qaradağ rayon icra hakmiyyətinin başçısı Süleyman Mikayılov tutur. Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 3-cü yeri isə “Adil Vəliyev bu illər ərzində nə iş görüb? - Qış gəldi, dərd gəldi…” başlıqlı 1 məqalənin 4 elektron KİV-də yayılması ilə Sabunçu rayon icra hakmiyyətinin başçısı Adil Vəliyev tutur. Muxalifet.az