1 inək, 3 qoyun və arvadının qızıllarını satıb, işə düzəlmək üçün qəssaba verdi, amma... – İKİ İLDİR PULUNU DA QAYTARA BİLMİR

Baxış sayı:
3028

Qobustan rayonu, Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmmədəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Yazıb sizə bildirirəm ki, mən Hüseynov İbrahim Məhəmmədəli oğlu, 2016-cı ilin dekabrın 15-də ailədə dolanacaq vəziyyətim pis olduğu üçün, qapımda saxladığım 1 inək və 3 qoyunu satmaq üçün Qaradağ rayonun Müşfiqabad qəsəbəsində yerləşən ət dükanına gətirdim. Orada İsayev Aqil Məhəmməd oğlu ilə razılaşaraq, qoyunu və inəyi satmaq üçün ona müraciət etdim. Aqil məndən soruşdu ki, nə üçün heyvanları satırsan? Mən də dedim ki, dolanışığım yoxdur, çörək pulu üçün satıram. O da dedi ki, mənim Cavadov Arif adlı Neft Şirkətində vəzifədə işləyən qohumum var. Sən mənə 2500 manat ver, səni orada yaxşı gəlirli, maaşlı işə düzəldim, amma bu inəyin və qoyunun pulu 1500 manat civarındadır və pul çatmır.
Pulun qalanını düzəltmək üçün yenidən yoldaşımın qızıllarını - bir sep zefir komplekt, 2 dənə üzük, 1 dənə qolbağ -cəmi 33 qram çəkisində qızılı aparıb “Memar Əcəmi” metrosunun yanındakı “Moskva” univermağı deyilən qızıl satış mərkəzində 1200 manat məbləğində sataraq, pulları gətirib İsayev Aqil Məhəmməd oğluna verdim. O da mənə söz verdi ki, 2017-ci ilin yanvarında səni qohumum işləməyə çağıracaq.
Düz iki ildir ki, mən yollarda qalmışam, nə pulumu geri ala bilirəm, nə də ki, bir işlə təmin edirlər. Nə vaxt məslə üçün qapısısına gedirəm, məni təhqir edib, qapıdan qovurlar. Aqilin qardaşının biri hətta məni ölümlə hədələdi ki, “sənin başını kəsrəm, bir də bu qapıya gəlsən”.
Cənab Prezident! Cənab daxili işlər naziri! İndi mən çıxılmaz vəziyyətdə qalmışam. Nə pulumu ala bilirəm, nə də bir işlə təmin oluna bilirəm. Sizdən çox xahiş edirəm ki, bu məslənin araşdırımasına və pulumun məni ölümlə hədləyən bu təhlükəli qəssablardan geri qaytarılması üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.