Yaxalanan dilənçinin mal varlığı dodaq uçuqlatdı

Baxış sayı:
6712

Antalya Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə dilənçi əməliyyatı keçirilib. Yaxalanan Hürya Zeybek (46) adlı dilənçinin, 2 mənzil, 4 dükanı olduğu müəyyən edilib.
 
Yanında gətirdiyi çantada corab və kağız dəsmal satan Nuri Dənizin (85) üzərindən, təxminən 100 TL kağız pul çıxıb. Gəzməkdə çətinlik çəkdiyini deyən Dəniz, qocalıq maaş aldığını, əmək haqqının hamısının icarəyə ancaq çatdığını deyib. Dilənçilər arasında yer alan Hürya Zeybekin kimlik nəzarətini aparan polis dəstələri, narkotik maddə istifadə etməkdən qeydiyyatı olduğunu müəyyən edib. Verdiyi məlumatlar əsasında İzmirdə yaşayan qardaşı ilə əlaqəyə keçən bələdiyyə əməkdaşları, Hürya Zeybekin üzərinə qeydiyyatlı İzmirdə 2 mənzil və 4 dükan olduğunu öyrənib. Narkotik istifadə etdiyi üçün İzmirdən qaçıb, Antalyaya yerləşən Zeybekin dilənçilik edib, küçələrdə yaşayıb, həyatını davam etdirdiyi qeyd edilib.
Dilənçilərə qanuna uyğun olaraq 124 TL pul cəzası verilərək sərbəst buraxılıblar.
Müxalifət.az