​Yataq otağında özünü tavandan asdı – BAKIDA İNTİHARA CƏHD

Baxış sayı:
5314

Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Tural Zülfüqarov yaşadığı evin yataq otağında özünü tavandan asıb. Lakin yaxınları onun intihara cəhdinin qarşısını alıb.
T.Zülfüqarovun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.