Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AVRO-2020-yə yüksəldi

Baxış sayı:
563

AVRO-2020-nin seçmə mərhələsində IX tur başa çatıb.

Apasport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yer aldığı E qrupunda Xorvatiya Slovakiyanı qəbul edib.

Dünya çempionatının gümüş mükafatçısı ilk yarıdan sonra hesabda geri olsa da, əzmkar qələbə qazanıb. Bu, Xorvatiyaya qrupda 1-ci yeri və AVRO-2020-yə vəsiqəni təmin etmək imkanı verib.

G qrupunda Polşa səfərdə İsrailə, Avstriya evdə Şimali Makedoniyaya qalib gəlib. Bununla da Polşa 1-ci yeri təmin edib. Avstriya isə final mərhələsinə vəsiqəni 2-ci yerlə qazanıb.

C qrupunda iki matç oynanılıb. Almaniya Belarus üzərində asan qələbə əldə edib. Bu nəticə Bundestimi AVRO-2020-yə daşıyıb. Hollandiya isə çətin Şimali İrlandiya səfərdindəki heç-heçə ilə final mərhələsinə adlayıb. Lakin qrup qalibinin adına son tur aydınlıq gətirəcək.

Qeyd edək ki, Almaniya, Hollandiya, Xorvatiya və Avstriyaya qədər oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə daha 12 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya və İsveç vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
IX tur
16 noyabr

C qrupu
23:45. Şimali İrlandiya – Hollandiya – 0:0
23:45. Almaniya – Belarus – 4:0
Ginter, 41, Qoretska, 49, Kroos, 56, 83

1

Almaniya

7

6

0

1

24-6

18

2

Hollandiya

7

5

1

1

19-7

16

3

Ş.İrlandiya

7

4

1

2

8-7

13

4

Belarus

8

1

1

6

4-16

4

5

Estoniya

7

0

1

6

2-21

1

Son turun oyunları noyabrın 19-da keçiriləcək: Hollandiya – Estoniya, Almaniya – Şimali İrlandiya.

E qrupu
23:45. Xorvatiya – Slovakiya – 3:1
Vlaşiç, 56, Petkoviç, 60, Perişiç, 76

1

Xorvatiya

8

5

2

1

17-7

17

2

Macarıstan

7

4

0

3

8-9

12

3

Uels

7

3

2

2

8-6

11

4

Slovakiya

7

3

1

3

11-11

10

5

Azərbaycan

7

0

1

6

5-16

1

Son turun oyunları noyabrın 19-da keçiriləcək: Uels – Macarıstan, Slovakiya – Azərbaycan.

G qrupu
23:45. Avstriya – Şimali Makedoniya – 2:1
Alaba, 8, Layner, 48 - Stoyanovski, 90+3
23:45. İsrail – Polşa – 1:2
Dabbur, 88 - Krxovyak, 4, Pyatek, 54

1

Polşa

9

7

1

1

15-3

22

2

Avstriya

9

6

1

2

19-8

19

3

Sloveniya

9

4

2

3

14-8

14

4

Ş.Makedoniya

9

3

2

4

11-13

11

5

İsrail

9

3

2

4

16-17

11

6

Latviya

9

0

0

9

2-28

0

Son turun oyunları noyabrın 19-da keçiriləcək: Polşa – Sloveniya, Latviya – Avstriya, Şimali Makedoniya – İsrail.