Ukrayna Saakaşvilini tikanlı məftillərlə qarşılayacaq

Ukraynanın “Krakovets” sərhəd buraxılış nəzarət məntəqəsində tələm-tələsik tikanlı məftil hasarı çəkilir.
 
Virtualaz.org Kiyevdə çalışan jurnalist Denis Kazanskinin “Facebook” səhifəsində yazdıqlarına istinadən xəbər verir ki, bunun səbəbi sabah yerli vaxtla saat 14-də (Bakı vaxtı ilə saat 15-də) Polşadan Ukraynaya keçmək istəyən Mixail Saakaşvilinin qarşısını almaqdır.
Bildirilir ki, sərhəddə Saakaşvilinin ölkəyə daxil olmasına maneçilik törədilərsə, kütlə hücum edərək sərhəd məntəqəsini ələ keçirməyə çalışa bilər.