​Türkiyənin S-400 alması bizim üçün fəlakət olacaq - ABŞ

Baxış sayı:
3796

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə raket sistemlərini almasını fəlakət olaraq görürük.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın dövlət katibinin köməkçisi kimi görmək istədiyi Klark Kooper bildirib.
"S-400-lərin qəbulu bizim üçün fəlakət olacaq. Ancaq bu o demək deyil ki, biz Ankaranın ABŞ vətəndaşlarını nəzarət altına almasına göz yumacağıq. Bu, ikitərəfli münasibətləri davam etdirməyimizi çətinləşdirir", - Kooper söyləyib.