Türkiyə və ABŞ prezidentləri Nyu-Yorkda görüşəcəklər

Müvafiq razılaşma bazar günü telefon danışığı zamanı əldə olunub
 
ABŞ və Türkiyə liderləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 72-ci sessiyasında şəxsi görüş keçirmək barədə razılığa gəliblər.
"Anadolu" nəşri xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasındakı mənbə məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq razılaşma bazar günü telefon danışığı zamanı əldə olunub.
Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Türkiyə lideri həmçinin iki ölkənin strateji əməkdaşlığı çərçivəsində regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər görülməsinin vacibliyini vurğulayıb.