​Türkiyə ŞOKDA: Qaçqın Suriyalılar torpaq iddiasındadır

Baxış sayı:
10066

Türkiyənin bir çox şəhərində Suriya mafiyası yaranıb. Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin İYİ Partiyası rəhbərinin köməkçisi Ümid Özdağ deyib. Onun sözlərinə görə, Kilis şəhərində çoxluğa sahiblənən suriyalılar artıq “bura bizim, siz gedəcəksiniz” deməyə başlayıblar: “Yanlış siyasət ucbatından miqrantlara dünyada ən çox pul xərcləyən ölkə Türkiyə olub. Suriyadakı vətəndaş müharibəsindən ən böyük itki ilə çıxan ölkəyik. Suriyalı qaçqınlar Türkiyənin milli, mədəni, siyasi və geosiyasi strukturunu dəyişdirəcək dərəcədə təhdid yaradıblar. Onların sayları Türkiyənin mədəni və etnik kimliyini dəyişdirəcək sürətlə artmaqdadır. Artıq Türkiyədəki hər 20 adamdan biri suriyalıdır. Bir azdan ərəb azlığı deyə tələbləri yaranacaq, ərəb milliyətçiliyinə dayanan siyasi partiyalar ortaya çıxacaq. Belə bir demoqrafik istila ilə Türkiyədə milli dövlət ayaqda qalmayacaq”. O, bir çox şəhərlərdə suriyalı qaçqınların sayının yerli əhalidən artıq olduğunu deyib: “Kilisdə 131 min Türkiyə vətəndaşına qarşı 132 min suriyalı var. Suriyalılar buna görə Kilis əhalisinə “Bura bizimdir, siz gedəcəksiniz. Dövlət buranı bizə verdi” deyirlər. Bu qaçqınların qısa müddət ərzində evlərinə geri dönməsi üçün zəmin hazırlanmasa, bu coğrafiyanı Türkiyənin bir hissəsi olaraq saxlamağınız mümkün olmayacaq. Artıq İstanbul başda olmaqla, bir çox şəhərdə Suriya mafiyası ortaya çıxıb. Bu şəxslər öz aralarında ərəb dilinin fərqli ləhcələrindən istifadə edərək danışırlar, bu isə onlara qarşı mübarizəni çətinləşdirir. Suriyalılarla bağlı cinayətkarlıq göstəricisi iqtidar tərəfindən məqsədli şəkilə gizlədilir. Onların ucbatından cinsi xəstəliklər qorxuducu ölçüdə artıb”.