Türk əsgər qətərli generalı başından vurub? - HƏRBİ MƏNBƏLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
5205

Türkiyəli hərbçinin qətərli generalı başından atəş açaraq öldürməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Anadolu Agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bəzi ərəb portallarında, sosial şəbəkələrdə türk hərbçinin qətərli general Məhəmməd bin Əbdüləzizə saraya icazəsiz girdiyi üçün silahla atəş açdığı yönündə xəbərlər yayılmışdı.