​TÜRK ORDUSU TERRORÇULARA AĞIR ZƏRBƏLƏR ENDİRMƏKDƏDİR – Son 1 ayda 286 terrorçu zərərsizləşdirilib

Baxış sayı:
2352

Türk Silahlı Qüvvələri ölkə daxilində və xaricində terror təşkilatlarına ağır zərbələr endirməyə davam edir.
Son bir ay ərzində Türkiyə və Suriyanın şimalındakı “Sülh çeşməsi”, Münbicdən isə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgələrə daxil olmağa cəhd edən 286 terrorçu zərərsizləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Bahar qalxanı” əməliyyatı başladığı gündən bəri 3 mindən çox Türkiyə vətəndaşı hərbi xidmətə çağırış məntəqələrinə müraciət edərək, “könüllü hərbi xidmətə” yollanmaq istədiklərini bildiriblər: “Son bir ay ərzində Sülh çeşməsi əməliyyatının keçirildiyi bölgədə 155, Münbicdən Fərat qalxanı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 37, Tel-Rifatdan Zeytun budağı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 7 PKK/YPG terrorçusu, terrorizmə qarşı mübarizə çərçivəsində isə ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlar nəticəsində 87 terrorçu zərərsizləşdirilib.
Həmçinin İdlibdəki müşahidə məntəqələrimiz fəaliyyətini davam etdirir. Bu bölgədən ağır texnikanın geri çəkilməsindən söhbət gedə bilməz”.
Muxalifet.az