Türk hakerlər PKK-nın “səsini” kəsdi!

Baxış sayı:
5104

Almaniya mərkəzli terror təşkilatı PKK-ya aid “Bestanuce” adlı xəbər saytına bu gün Türk haker qrupu “Akıncılar” kiber hücum reallaşdırıb.
 
Daim Türk siyasətçilərini qaralayan yazılar dərc edən xəbər saytlarından "bestanuce.de" və "bestanüçe.com", Cyber ​​Warrior Akıncılar qrupu tərəfindən kiber hücuma məruz qalıb.
 
"Xainlər üçün cəhənnəm!"
 
Dağıtdıqları sayta, Akıncılar qrupunu təmsil edən bir şəkil ilə birlikdə İngilis və Türkçə olaraq bu mesajı buraxıblar: "Xainlər üçün yaşasın cəhənnəm!"
Akıncılar qrupunun lideri hücumdan sonra etdiyi şərhdə, "Uzun müddətdir təqibində olduğumuz, dünya daxilində PKK yandaşı xəbər saytı olaraq qəbul edilmiş və birə-bir PKK terror təşkilatı adına çalışmış olan Almaniya mərkəzli bestanuce.de və bestanüçe.com xəbər saytlarına Akıncılar möhürü vurulmuşdur" deyib.
Müxalifət.az