Tramp Şimali Koreya ilə bağlı hərb variantını istisna etmir - AĞ EV

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı məsələsinin həlli istiqamətində hərbi variantı istisna etmir.
 
TASS agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
“Prezident müxtəlif variantları nəzərdən keçirir. Eyni zamanda o açıq-aydın deyib ki, hərbi variant mümkündür. Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq edilib, ABŞ Pxenyanın nüvə proqramı ilə bağlı ciddi tədbirlər görməkdə davam edir.”, deyə S.Sanders bildirib.