​Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir göndərir

Baxış sayı:
943

ABŞ prezidenti Donald Tramp Ermənistandakı səfir vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, L. Treysi Rusiya və postsovet respublikaları üzrə mütəxəssisdir.
O hazırda ABŞ Dövlət Departamentində Rusiya üzrə baş müşavir vəzifəsini tutur. Bundan öncə isə Moskva, Aşqabad və Astanada ABŞ səfirinin müavini kimi çalışıb, dövlət katibinin Mərkəzi Asiya üzrə köməkçisinin birinci müavini olub.
Qeyd edək ki, hazırda ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzdır.