​SURİYA MÜXALİFƏTİNİN YENİ RƏHBƏRİ AZƏRBAYCANLI OLDU

Baxış sayı:
4063

Suriyadakı İnqilab və Müxalif Qüvvələrinin Milli Koalisiyasına əslən türkman olan Əbdürrəhman Mustafa rəhbərlik edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə qərar koalisiyanın İstanbuldakı 39-cu sessiyasında qəbul edilib. Mustafanın koalisiya rəhbərliyinə namizədliyini 75 nümayəndədən 66-sı dəstəkləyib.
Qeyd edək ki, bu ilin martında koalisiyanın rəhbəri Riyad Seyf öz vəzifəsindən səhhətindəki problemlərlə əlaqədar istefaya getdiyini açıqlamışdı.