Suriya mənşəli 2 YPG-li terrorçu İstanbulda yaxalandı

Baxış sayı:
5425

İstanbul Terrorla Mübarizə (TEM) Şöbəsinin əməkdaşları terror təşkilatı PKK / KCK 'nın Suriya qolu olan YPG / PYD terror təşkilatı içərisində fəaliyyət göstərən və qeyri-qanuni yollardan Türkiyəyə girən 2 şübhəlinin İstanbulda olduğunu müəyyən edib. TEM komandasının dəstəyi ilə ötən bazar ertəsi keçirilən əməliyyatda Suriya vətəndaşı olan iki YPG-li terrorçu saxlanılıb.
Şübhəlilər, dünən məhkəmə tərəfindən həbs olunub.
Müxalifət.az