Səudiyyə Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmaq istədi

Baxış sayı:
6118

Amerikanın CBS kanalının Qaşıqçı cinayətinə dair suallarını cavablandıran Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Səid İbni Cübeyr, istintaqın sağlam getməməsi məsələsində Türkiyəni günahlandırıb.
 
Qaşıqçı-nın cəsədinin harada olduğunu bilmədiklərini söyləyən Səid İbni Cübeyr, aparıcının "Qatillər sizin əlinizdə deyilmi? Türkiyə mi günahlandırırsınız, yəni"? Deyə soruşması üzərinə "Cəsədə nə olduğunu tapmağa çalışırıq, istintaq gedir". Deyə danışdı.
CBS-in aparıcısı Marqaret Brennanın MKİ direktoru Gina Haspelin ABŞ Konqresinə Səudiyyə vəliəhdinin bu cinayətin əmrini verməsi ilə bağlı verdiyi məlumatları xatırlatmasından sonra Adil əl Səid İbni Cübeyr, "MKİ-nin Konqresə nə dediyini bilmirəm, amma nə prezident Trampın, nə də xarici işlər naziri Pompeonun eyni fikirdə olmadığına inanıram. Burada duyğuların mühakiməyə qarışdığını və bəzi şişirtmələrin söz mövzusu olduğunu düşünürəm" deyə cavab verib.
 
GÜNAHI TÜRKİYƏYƏ ATMAĞA ÇALIŞDI
 
"Camal Qaşıqçı-nın cəsədinin harada olduğu" soruşulan Cubeyrin "Bilmirik" şəklində cavab verməsindən sonra, "Bilmirik deyəndə nəyi nəzərdə tutursunuz" deyə sual olunan Səid İbni Cübeyr, "Bilmirik. Prokuror həqiqəti ortaya çıxarmağa çalışır. Türkiyədən hadisə ilə bağlı dəlilləri rəsmi kanallarla bir neçə dəfə istədik. Hələ də hər hansı bir dəlil gəlməsini gözləyirik" sözləri ilə istintaqın sağlam bir şəkildə aparılmaması məsələsində günahı Türkiyənin üzərinə yıxmağa çalışıb.
Aparıcı Brennanın "Türkiyə hökumətini günahlandırırsınız" deyə sualına, Adil əl Səid İbni Cübeyr, "Yox, bu cinayəti törədən qatilləri günahlandırıram" deyə cavab verib. Bundan sonra aparıcı Marqaret Brennanın sözügedən qatillərin Səudiyyə Ərəbistanın nəzarətində olduğunu və onlara cəsədin harada olduğunu deyə biləcəyi xatırlatmasından sonra isə Səid İbni Cübeyr, "İstintaq gedir. Əlimizdə bir neçə ehtimal var. Özlərindən cəsədə nə etdiklərini öyrənməyə çalışırıq. Gec ya tez həqiqətə nail olacağımıza inanıram" deyib.
Müxalifət.az