"Space"də tanınmış jurnalistə vəzifə verildi

"Space" Müstəqil Televiziya və Radio Şirkətində yeni təyinat olub.
 
Tanınmış jurnalist Eldəniz Elgün telekanalın ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib.
Qeyd edək ki, Eldəniz Elgün ilk yarandığı dövrdə "Space" telekanalında çalışıb. Telekanaldan ayrılandan sonra isə mətbuatda, həmçinin ANS televiziyasında işləyib.