Soçi tənliyi! Əli ən güclü olan Türkiyədir - Analiz

Baxış sayı:
5197

Taha Dağlı – Haber7
 
Soçi görüşündə Türkiyə, Rusiya və İran daha bir dəfə masa arxasındadır. Türkiyəyə yönəlik İdlib barədə ittihamlar var. Bəs sammitə qatılan ölkələrin mənfiləri, bunlar nələrdir, Türkiyə bu tənliyin harasında dayanır?
 
Son Soçi görüşü 17 sentyabrda olmuşdu.
Prezident Ərdoğanla Rusiya prezidenti Putin razılaşmış, Əl-Qaidə və bu səbəblə də İdlibə keçirilməsi planlaşdırılan geniş miqyaslı əməliyyat dayandırılmışdı. İdlibdə silahlardan təmizlənmiş ərazilər yaradılaraq mümkün bir vətəndaş qətliamının qarşısı alınmışdı.
Gəlinən nöqtədə Ruslar Türkiyədən İdlib məsələsində daha çox hərəkət tələb edir.
Bu məsələ Qərbin gündəmindədir.
İdlibdə Əl-Qaidə terror elementlərinin yenidən fəaliyyətə keçdiyi iddiası üzərindən Türkiyəyə təzyiq edilir.
Soçi öncəsi Qərb mediası İdlib məsələsində Türkiyə ilə Rusiya arasında "problem" çıxacağını gözləyirlər.
Türkiyə İdlib memorandumunda üzərinə düşəni edir. Ruslarla daha əvvəl Hələb atəşkəsi, İdlib əməliyyatları kimi məsələlərdə razılaşmalar əldə olunmuş, proseslər sıxıntısız nəticələnmişdi.
Həmçinin Fərat Qalxanı hərəkatı ilə Zeytun Budağı əməliyyatları da bu proseslərin davamı olaraq Türkiyənin terrorla mübarizəsində atılan mühüm addımlarla nəhayətə yönəldilmişdi.
Bu gün Soçidə Rusiya ilə İranın vəziyyətinə baxdıqda, Türkiyəyə Suriya məsələsində çox da artıq bir təzyiq tətbiq etmək imkanlarının olmadığını görərik.
Belə ki, Türkiyə İdlibdə verdiyi sözü onsuz da yerinə yetirir.
Lakin Əl-Qaidə kimi beynəlxalq terror şəbəkəsinin bütün yükünü də Türkiyə tək başına niyə çəkməlidir, məsələ yalnız Əl-Qaidə isə bu məsələ mülki vətəndaşlara zərər verilmədən birgə həll olunmalıdır.
Digər tərəfdən, Soçidə masadakı ölkələrdən əlinin ən güclü olanının Türkiyə olduğunu da deyə bilərik.
Bunu deyərkən ortaya konkret göstəriciləri də qoyarıq.
Rusiya Türkiyə ilə Suriya məsələsində əməkdaşlığa ehtiyac duyan bir ölkədir.
Çünki Türkiyənin Suriya siyasətində Amerika ilə də ayrı bir başlığı var.
Rusiyanın başı ABŞ və NATO ilə dərddədir.
S-400 mübadiləsi ABŞ-ın Türkiyəyə yönəlik "əgər Ruslardan S-400 alsanız, Patriotları sizə satmarıq, F35-ləri də dayandırarıq" şəklində təhdidləri oldu.
Bu təhdid təkcə Türkiyəyə qarşı deyil.
Türkiyə S-400-dən imtina edərsə, Amerikan təhdidinin əhəmiyyətli bir ayağının Rusları hədəf aldığını da görərik.
Rusların Türk axını qaz layihəsi də ABŞ-ın canını sıxır. ABŞ Avropanın qaz məsələsində Ruslardan asılı olmasından narahatdır, Rusiya burada da Türkiyə ilə iş ehtiyacı duyur.
Təbii ki, qarşılıqlı vizaların qaldırılması, iqtisadi əlaqələr, nüvə stansiya kimi Rusiya-Türkiyə baxımından hər iki tərəfi də yaxından maraqlandıran bir sıra daha əməkdaşlıq mövcuddur.
Bu əməkdaşlıq İdlibdəki maneələri aradan qaldırmaqla yetməz, daha artığını da etdirə bilər.
Türkiyənin Fəratın şərqinə qarşı əməliyyat ilə təhlükəsiz bölgə məsələlərində Rusiyanın dəstəyini də ala bilər.
Masanın bir başında da İran var.
İran Soçiyə gələrkən İran İnqilab Qvardiyasına qarşı təcavüz həyata keçirildi, ən az 27 əsgərləri öldü.
İran Soçidəykən Polşanın paytaxtı Varşavada İran əleyhinə bir zirvə var. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo, ABŞ prezidentinin müavini Mayk Pens, İsrailin baş naziri Netanyahu və körfəz ölkələrinin rəhbərləri o zirvədə İrana qarşı tətbiq ediləcək siyasətləri müzakirə olundu.
 
 Suriya, İranla İsrailin qarşıdurma sahəsinə çevrildi. İsrail isə İran əleyhinə körfəz ölkələri ilə rəsmi münasibətlərini hər keçən gün daha yüksək səviyyəyə çıxarır.
İranın Suriyadakı digər bir problemi də Soçidə eyni masada oturduqları Ruslardır.
Dəməşq rejimi hərbi mənada ikiyə bölündü.
Bunların biri İran, digəri Rusiyanın nəzarətindədir.
Və Rusiya ilə İran Suriyada Dəməşq rejiminin içərisindən doğan müxtəlif fraksiyaların toqquşmaları ilə ayrı bir güc savaşına girmiş vəziyyətdədir.
Soçidə 3 ölkə var.
Üçünün də müsbət, mənfisini masaya qoyanda, əli ən güclü tərəfin Türkiyə olduğu da aydın görünür.
Müxalifət.az