​Şəkidə iki maşın TOQQUŞDU: 6 nəfər yaralandı

Baxış sayı:
5239

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib. Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb. Hələlik şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.