Şəkidə 33 yaşlı qadını maşın vurub: Sürücü qaçıb

Zərərçəkən qadının vəziyyətinin ağır olduğu bildirilir
 
Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 33 yaşlı Natavan Osmanova yolu keçmək istəyərkən, naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.
Nəticədə N.Osmanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. yaralı ətrafdakıların köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, N.Osmanovaya bədənin müxtəlif nahiyyələrinin əzilmiş yaraları və beyin sirkələnməsi diaqnozu qoyulub, vəziyyəti ağırdır.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.