SENSASİON İDDİA: "Meşə yanğınını ABŞ lazer peyklər vasitəsi ilə təşkil etdi..."

Baxış sayı:
6250

Yunanıstanın paytaxtı Afina yaxınlığında meydana gələn, 91 nəfərin həyatını itirdiyi, 25 nəfərin itkin düşdüyü meşə yanğını ilə bağlı sensasion iddialar ortaya atılıb.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, Afinada yayımlanan “Eleftheri Ora” qəzeti “Çipras bütün Yunanıstanı yandırmağa hazır-“suçlular” isə yenə də Ərdoğanla Putin” başlıqlı xəbərində, hökumətə yaxın bəzi dairələrin “Türk casuslari rus texnologiyasını istifadə edərək 8 türk əsgərin saxlanıldığı Mati bölgəsini yandırıblar” yalanını ortaya atdıqlarını yazıb.
Adı çəkilən yunan qəzeti “Rafina yanğınında türk barmağı ilə əlaqədar sui-qəsd nəzəriyyələri” adlı başqa bir xəbərində, ABŞ və NATO-nun Türkiyə və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla problem yaşadığını, yanğın olayının ABŞ tərəfindən təşkil olunaraq, rəsmi Ankaranın üzərinə atıldığı iddia olunub.
“Kontra News” qəzeti də” Attikayı xarici agentlər atəşə verdi və insanları diri-diri yandırdılar” başlıqlı xəbərində, yanğının arxasında Yunanıstanın stabilliyini pozmaq istəyən qüvvələrin durduğunu yazıb.
“Attikanea” internet saytında yer alan bir məqalədə isə yanğının ABŞ NASA-sının lazer peykləri vasitəsilə MASERS şüaları istifadə edilərək təşkil olunduğu yazılıb.
“Megas Filippos” adlı internet saytı isə yanğın ərazisindəki avtomobillərin şüşələrinin ərinmiş olduğuna diqqət çəkərək, yanğının ABŞ-ın sahib olduğu DEW tipi enerji silahları ilə təşkil olunduğunu qeyd edib.
Yanğından sonra yunan sosial şəbəkələrində xeyli sayda ” Rothschildler bizi lazer silahla yandırdı” şərhləri yazılıb.