Senatorlardan Trampa “Qaşıqçı” təpkisi

Baxış sayı:
5614

Tramp rəhbərliyinin Camal Qaşıqçı cinayətini örtmə səyləri Respublikaçı senatorları belə narahat etməyə başlayıb.
 
ABŞ-ın “Washington Post” qəzeti, Tramp rəhbərliyinin Camal Qaşıqçı cinayətini ört-basdır etmə səylərinin öz partiyasındakı Respublikaçı senatorları belə narahat etdiyini yazıb. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel-in, Qaşıqçı cinayəti ilə bağlı gəldikləri nəticəni bəyan etməsi üçün çağırıldığı Senatdakı iclasda iştirakının Ağ Ev tərəfindən əngəllənməsi senatorlar tərəfindən "qəzəb" və "kədər" ilə qarşılandığı ifadə edilib. Tramp-ın partiyasından Arizona senatoru Jeff Flake, MKİ direktoru Haspel-in yığıncağa qatılmaması səbəbiylə "hüsrana uğradığını" deyib. Tramp ilə uyğun bir xətt izləyən Cənub Carolina senatoru Lindsey O. Graham-ın da Haspel Senatda ifadə verənə qədər "keçməsi çətin olan qanunlar mövzusunda səs verməyəcəyini” bildirərək təhdid edib.
 
"NƏZARƏT OLUNMAYAN BİR ŞAHZADƏ VAR "
 
Senat Xarici əlaqələr Komitəsinin sədri, Tennessee-nin Respublikaçı senatoru Bob Corker də "Nəzarət olunmayan bir vəliəhd çahzadə var. Qətəri mühasirəyə alan, Livan baş nazirini həbs edən, jurnalist Qaşıqçını öldürən bir adam haqda qəti bir dəlil olub olmadığı soruşulur, zənn etmirəm ki, onun məsul olduğuna inanmayan bir kimsə olsun"deyə bildirmişdir.
 
"AMERİKA MARAQLARI QORUNMALIDIR"
 
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo və müdafiə naziri James Mattis tərəfindən senatda edilən məlumatlandırma toplantısından sonra açıqlama verən Respublikaçıların əhəmiyyətli şəxslərindən olan Nümayəndələr Məclisinin başçısı Paul Ryan, "Real siyasət çox əhəmiyyətlidir, lakin əxlaqi bir ardıcıllıq və cinayətdə şübhəli olanların məsul tutulduğu təqdirdə real siyasət işə yarayır" deyib. ABŞ-ın dəyərlərini qoruyaraq Qaşıqçı cinayəti prosesini ələ alması lazım olduğuna vurğu edən Ryan, "Bunu edərək də Amerikan mənfəətləri qoruna bilər" deyib.
Müxalifət.az