Əsəd rejimindən iddia: İSRAİL TƏYYARƏSİNİ VURDUQ

Baxış sayı:
5227

Suriyadakı hava müdafiə sisteminin, ölkənin cənub hava sahəsindəki Əl-Kisvi kəndi üzərində bir İsrail təyyarəsi ilə 4 raketi vuraraq zərərsizləşdirdikləri bildirilib.
 
Suriya dövlət televiziyası, Suriyadakı hava müdafiə sisteminin, Şam ətrafındakı əl-Kisva kəndnə raket hücumunun dəf edildiyini qeyd edib. Açıqlamada, hücum nəticəsində heç bir raketin hədəfinə çatmadığı qeyd edilib.
Bir Suriya rəsmisi, Rusiya mətbuatına açıqlama verərəkİsrailin hədəfinə çatmadan 1 təyyarə və 4 raketini vurduqlarını deyib.
Mənbənin dediyinə görə, onlar İsrail təyyarəsini düşürüblər.
 
İSRAİL TƏKZİB ETDİ
 
İsrail ordusu döyüş təyyarəsinin Suriyada vurulduğunu təkzib edib və hava qüvvələrinə heş bir zərər gəlməddiyini iddia edib.
İsrail ordusu Suriyada keçirilən hava əməliyyatı ilə bağlı hər hansı şərh verməyib.
Müxalifət.az