Əsəd rejimi ABŞ vətəndaşını işgəncəylə öldürdü

Baxış sayı:
6262

Suriyadakı Bəşşar Əsəd rejiminin 2 il əvvəl saxladığı ABŞ vətəndaşı aktivist Leyla Şüveykani-nı işgəncə edərək öldürdüyü bildirilib.
 
London mərkəzli Suriya İnsan Haqları Komitəsi (SHRC) tərəfindən edilən açıqlamada, Əsəd rejiminin 2016-ci ildə saxladığı 28 yaşlı Şüveykani-nin ölüm xəbəri 4 gün əvvəl ailəsinə çatdırıldığı qeyd olunub.
“SHRC”-nin açıqlamasında, Şüveykanidən ən son 26 dekabr 2016-da paytaxt Dəməşqdəki Adra həbsxanasında saxlandığı zaman xəbər alındığı, ancaq o tarixdən sonra ailənin qızları ilə əlaqəsinin kəsildiyi qeyd edilib.
Açıqlamada, rejimin 26 noyabrda ABŞ vətəndaşlığı da olan Dəməşq doğumlu kompüter mühəndisi Leyla Şüveykani-nin öldüyünü əhali dairəsinə bildirdiyi ifadə edilib.
Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) da etdiyi açıqlamada, gənc qadının ölümündən məsul olanların cəzalanması tələb olunub.
SMDK, Suriyada on minlərlə vətəndaşın ölümündən məsul tutulan Əsəd rejiminin pislənilməsi üçün lazımi addımların atılması lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, Suriyalı aktivistlər sosial mediadan etdikləri bölgülərdə, gənc qadının humanitar yardım işlərinə dəstək verdiyi üçün həbs olunduğunu vurğulayıb.
Suriyalı müxalif mənbələrə görə, rejim ən az 500 min nəfəri həbsxanalarda saxlamağa davam edir.
Müxalifət.az