​Şahzadə Argentinada Qaşıqçıya görə səfirlik binasına sığındı

Baxış sayı:
7147

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Buenos-Ayresdə qaldığı oteldən ölkəsinin səfirlik binasına gedib.
Muxalifet.az xəbər verir ki, şahzadənin argentinalı prokurorların qətlə yetirilən jurnalist Camal Qaşıqçının qətili ilə bağlı açılan cinayət işi səbəbindən səfirlik binasına sığındığı bildirilib.
Qeyd edək ki, daha öncə Argentinanın baş nazir müavini Daniel Raimondi şahzadənin hüquqi olaraq toxunulmaz olacağını bəyan etmişdi.