Saatlıda 17 yaşlı qız özünü asıb

İntiharın səbəbləri hələlik məlum deyil
 
Saatlıda intihar hadisəsi baş verib.
Hadisə rayonun Musalı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.