Saakaşvilidən Ukraynaya qayıtmağa daha bir cəhd - BU DƏFƏ MAŞINLA

Qatarla Polşa-Ukrayna sərhədini keçə bilməyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, ilkin planına qayıtmağa və "Krakovets" nəzarət-buraxılış məntəqəsini avtomobil vasitəsilə keçməyə qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə o, Polşa şəhəri Pşemıslda düzənlədiyi konfransda bəyan edib.
"Mən hamıya “Krakovets” buraxılış məntəqəsini mənimlə keçməyi təklif edirəm", — Saakaşvili vurğulayıb.
"İnterfaks-Ukrayna" xəbər verir ki, baş verənlərə Mixail Saakaşvili özü də münasibət bildirib.
"Təsəvvür edirsiniz, biz hansı vəhşilərlə işləyirik? Məni sovet vaxtı metodu ilə vətəndaşlıqdan məhrum etmək vəhşilik idi. Amma xarici ərazidə bütöv qatarı dayandırmaq, Avropa İttifaqında, yüzlərlə sərnişinlə... Siz nə vaxtsa beləsini görmüşdünüz?…", — deyə qatarda öz ailəsi, tərəfdarları və jurnalistlərlə birlikdə olan Saakaşvili bildirib.
"Prezident Poroşenko dəmir yoluna Polşa ərazisində qatarı dayandırmağı əmr edib… Onlar bir nəfəri Ukraynaya buraxmamaq üçün bütün sərnişinləri girov götürüblər.Bu ki vəhşilikdir”, — sabiq-qubernator bir daha vurğulayıb.